Modern.az

Mikayıl Cabbarov bu şəhərdə görüş keçirəcək

Mikayıl Cabbarov bu şəhərdə görüş keçirəcək

Təhsil

19 Avqust 2015, 16:00


Təhsil naziri Mikayıl Cabbarov 24 avqust 2015-ci il tarixində saat 10:00-da Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhərində və Abşeron rayonunda yaşayan, həmçinin Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Modern.az xəbər verir ki, q əbula gəlmək istəyən vətəndaşlar 19, 20 və 21 avqust 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya//edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.  

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.   

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!