Modern.az

Yerevanda ara qarışdı: Polislə aksiyaçılar arasında insident olub

 Yerevanda ara qarışdı: Polislə aksiyaçılar arasında insident olub

Təhsil

21 Avqust 2015, 21:17


Yerevandakı “Respublika” meydanında “Ayağa qalx, Ermənistan!” təşəbbüs qrupunun üzvü Andrias Qukasyanı polislər saxlayıb. Modern.az-ın Ermənista KİV-nə istinadən verdiyi xəbərə görə, onun və təşəbbüs qrupunun daha iki üzvü – Serqey Kyureqyan və Andranik Minukyanın saxlanılmalarına səbəb polislərin tələblərini yerinə yetirməmələri olub.

Məlumatda qeyd edilir ki, fəallar meydana gətirilən avtomobil təkərlərini oradan yığışdırmaqla bağlı polislərin tələbinə əməl etməyiblər. Təşəbbüs qrupunun digər üzvlərinin verdikləri xəbərə görə, polislər nümayişçilərin şəxsi əşyalarını da əllərindən alıblar.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı