Belarusun indiki dövlət başçısı Aleksandr Lukaşenkonun yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupu 1,7 milyon imza toplayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, təşəbbüs qrupunun rəhbəri Mixail Ordanın sözlərinə görə, imza toplanılması açıq və könüllülük şəraitində keçirilib.
Namizədliyin irəli sürülməsi üçün tələb olunan 100 min seçici imzasını Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviçin, “Həqiqəti danış” kampaniyasının nümayəndəsi Tatyana Korotkeviçin, iqtisadçı Viktor Tereşenkonun və Belarus Vətənpərvərlər Partiyasının sədri Nikolay Ulaxoviçin təşəbbüs qrupları da toplaya biliblər
Belarus solçularının “Ədalətli dünya” partiyasının sədri Sergey Kalyakinin və Birləşmiş Vətəndaş Partiyasının lideri Anatoli Lebedkonun təşəbbüs qrupları isə imza toplama kampaniyasında uğursuzluğa düçar olublar.
Belarusda prezident seçkiləri bu il oktyabrın 11-də keçiriləcək.
Modern.az