Modern.az

Prezident keçən yoldakı evlərdən kondinsionerləri yığışdırırlar

 Prezident keçən yoldakı evlərdən kondinsionerləri yığışdırırlar

Təhsil

21 Avqust 2015, 22:04

Özbəkistan paytaxtında prezident İslam Kərimovun hər gün gedib-gəldiyi “Ağ saray” rezidensiyasındakı yolun kənarlarındakı mənzillərdən kondinsionerləri yığıdırmaq tapşırığı verilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, kondinsionerlərdən əlavə sputnik antennaları və pəncərələrə vurulan rəngli şüşələr də söküləcək.

Daşkəndin Mirabad rayon meriyasından bildirilib ki, Nukus küçəsindəki evlərin “artıq” əşyalardan təmizlənməsi prezidentin maraqlarına uyğundur. “Bu ilk növbədə bizim yurdbaşının (dövlət başçısının) təhlükəsizliyi üçün edilir. Siz axı bimirsiniz ki, bu rəngli şüşələrin arxasında kim dayanır”, - meriyanın nümayəmdəsi deyib.

Bundan başqa, məmurlar bu təmizləmənin küçələrin görünüşündə səliqə-sahman yaradılması üçün zəruri olduğunu da bildirirlər.

Şəhər hakimiyyətinin göstərişinə əməl etməyən mənzil və ofis sahibləri administrativ qaydada cərimələnəcəklər. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı