Modern.az

Azərbaycanlılarla isveçrəlilərin oyunu litvalıya həvalə edildi

 Azərbaycanlılarla isveçrəlilərin oyunu litvalıya həvalə edildi

Təhsil

21 Avqust 2015, 23:12

 

Modern.az xəbər verir ki,  UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçının hakimləri müəyyənləşib. "Qarabağ"ın rəsmi saytında verilən məlumata görə, qitə futbol qurumu görüşü litvalı hakimlər briqadasına həvalə edib

Matçın baş hakimi Gediminas Mazeykaya olacaq. Ona həmyerliləri Vitautas Simkus və Vitenis Kazlauskas kömək edəcək. Sergeyus Sliva isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk qarşılaşmada təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı