Modern.az

Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb

Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb

Təhsil

22 Avqust 2015, 13:50


Mingəçevir Şəhər Polis Şöbəsində ölən 1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin qohumları şəhər prokurorluğunun müstəntiqi Rəşadət Orucovu döyüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə B.Hacıyevin meyiti morqda olarkən elə morqun qarşısında baş verib.   Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, mərhumun qohumları Bəhruz Hacıyevin polis şöbəsində dindirilmə zamanı döyüldüyünü və nəticədə öldüyünü iddia edir.  

Daxili İşlər Nazirliyi isə B.Hacıyevin dindirilmə zamanı özünü pəncərədən ataraq intihar etdiyini bəyan edib.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı