Modern.az

Azərbaycanda 4 intihar hadisəsi

Azərbaycanda 4 intihar hadisəsi

Təhsil

22 Avqust 2015, 14:18


Azərbaycanın Saatlı rayonunda intihar faktı qeydə alınıb.

Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatına görə, gecə saatlarında rayonunun Qıraqlı kənd sakini, 1991-ci il təvəllüdlü Həşimov Mirvasif Mirfayil oğlu özünü asaraq öldürüb. İntiharın hansı səbəbdən baş verməsi araşdırılır. Sabirabad sakini özünü asaraq intihar edib.

***

Bu gün səhər saatlarında Sabirabad rayonunun Yenikənd sakini, 1990-cı il təvəllüdlü Cabbarov Cabbar Əbil oğlu özünü asıb. Onun meyiti tam tikilməmiş evin damında, asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.   Qohumları onun ruhi xəstə olduğunu bildirirlər.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

***

İsmayıllı rayonunda evdən qaçan həyat yoldaşının həsrətinə dözməyən kişi özünü asıb.

Hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Turişev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib.

Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. V. Turişev bundan təsirlənərək özünə qapanıb və intihar edib.  

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Azərbaycanın İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Aşıqbayramlı kəndi ərazisində qeydə alınıb. Hacıhətəmli kənd sakini, 1956-cı il təvəllüdlü Rüstəmov Fizuli Mərcəfər avqustun 20-də evdən çıxaraq geri qayıtmayıb. O, itkin düşmüş şəxs kimi Rayon Polis Şöbəsində qeydiyyata alınıb və axtarışına başlanılıb.

Fizuli Rüstəmovun meyiti bu gün səhər saat saatlarında qonşu kəndin ərazisindəki Aşıqbayramlı gölündən tapılaraq ailəsinə təhvil verilib. Məlum olub ki, 59 yaşlı Fizuli Rüstəmov uzun müddət dəri xərçəngindən əziyyət çəkib. O, bu səbəbdən özünü gölə ataraq intihar edib. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı