Modern.az

Bakıda evlərdən qızıl oğurlayan qadın tutuldu

Bakıda evlərdən qızıl oğurlayan qadın tutuldu

Təhsil

22 Avqust 2015, 14:40


Bakıda evlərdən qızıl oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, avqustun 20-də Binə qəsəbəsində yaşayan Cəvahir Mikayılovanın evindən qızıl əşyalar oğurlanıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Gülnaz Mirzəyeva tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Aytac Cəfərliyə və Günel Cəfərovaya məxsus evlərdən də qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı