“Ukraynada azərbaycanlı işadamlarının öldürülməsinə səbəb hesab edirəm ki, Rusiyadır”. Modern.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, Ukraynanı digər millətlərə pis göstərmək istəyən Rusiya buradakı başqa xalqların nümayəndələrinə qarşı sui-qəsd həyata keçirir. Azərbaycanlıların öldürülməsində isə ermənilərin də əli ola bilər:
“Çünki, Saakaşvilinin Ukraynada vəzifəyə gətirilməsi, digər millətlərdən olan sahibkarların, siyasi adamların Ukraynanın azadlığı uğrunda mübarizə aparan rejiminin yanında olması Rusiya üçün sərf etmir. Buna görə də, başqa xalqların orada inamını qırmaq üçün, Ukraynanın başqa millətlərin dəstəyini almaması üçün ruslar orada belə tədbirlər görürlər. Mən bu sui-qəsdləri birbaşa Rusiya ilə bağlayıram, bu mənim subyektiv fikrimdir. Ermənilər həmişə Rusiyanın vassalı olublar. Təbii ki, onlar forpost ölkə olaraq bu işdə də əlləri ola bilər”.
Modern.az