Modern.az xəbər verir ki, müəllimlər arasında “Elektron təhsil” Respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqə təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunacaq.
Məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir. Həmçinin, ən yaxşı elektron tədris vəsaitlərini tanıtmaq, məktəblərdə elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri bu işə həvəsləndirmək də müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqədə pedaqoji heyət, metodist mütəxəssislər və şagirdlər iştirak edə bilər. İştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdır.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq.
Modern.az