Modern.az

Ali məktəblərə qəbul olan mindən çox abituriyent qeydiyyatdan keçməyib

Ali məktəblərə qəbul olan mindən çox abituriyent qeydiyyatdan keçməyib

Təhsil

27 Avqust 2015, 15:00

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatdan keçmə müddəti bu gün sona çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan 32279 abituriyentdən 31108-i artıq qeydiyyatdan keçib. 1171 nəfər abituriyent isə hələ də qeydiyyat prosesində iştirak etməyib. 

Ali məktəblərə qeydiyyat prosesi 27 avqust saat 17:00-da başa çatacaq. 

Tələbə adı qazanan şəxslər həmin vaxta qədər tələb olunan sənədləri qəbul olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Vüsalə QƏZƏNFƏRQIZI  

 
Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!