Modern.az

Keçmiş merə ömürlük həbs cəzası verildi

Keçmiş merə ömürlük həbs cəzası verildi

Təhsil

27 Avqust 2015, 16:34


Moskva məhkəməsi Mahaçqalanın keçmiş meri Səid Ömərovu terrorçuluq ittihamında təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan əvvəl başqa ittiham üzrə Əmirov 10 müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun bacısı oğlu Yusup Cabarov da 8 il həbs cəzası alıb.

1998-ci ildən 15 il müddətinə Mahaçqalanın əvəzsiz meri olan Əmirova qarşı 15 sui-qəsd təşkil olunub. Onlardan birində onurğa sümüyündən zədə alan mer əlil arabasından istifadə etməyə məcbur olub. Səid Əmirov 2013-cü il noyabrın 1-də Rusiya xüsusi xidmət orqanlarının Mahaçqalada keçirdiyi əməliyyat zamanı həbs olunub və helikopterlə Moskvaya aparılıb.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı