Modern.az

Müsavat üzvü həbs olundu

Müsavat üzvü həbs olundu

Təhsil

27 Avqust 2015, 17:32


Müsavat Partiyası Məclisinin üzvü Saday Hacılı həbs olunub. Modern.az xəbər verir ki, bu barədə partiya üzvləri sosial şəbəkələrdə yazıblar.

Bildirilib ki, Müsavat Məclisinin üzvü Saday Hacılı bu gün tezdən yaşadığı Şirvan şəhərində aldadılaraq Polis İdarəsinə çağırılıb və həbs olunub. Hazırda isə  telefon nömrəsinə zəng çatmır.   

Məlumata görə, Saday Hacılı polisə müqavimət göstərmək maddəsi ilə ittiham olunub. Məhkəmə onun barəsində 20 sutkalıq həbs qərarı çıxarıb. 


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı