Modern.az

Demokratların bir hissəsi Hillari Klintonun namizədliyini dəstəklədi

Demokratların bir hissəsi  Hillari Klintonun namizədliyini dəstəklədi

Təhsil

29 Avqust 2015, 11:51


ABŞ-ın Demokratlar Partiyasının keçirdiyi qurultayda keçmiş dövlət katibi Hillari Klinton 20% partiyadaşının dəstəyini qazanıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, xanım Klintonun prezidentlik ambisiyalarını 130 qurultayçı açıq, 310 qurultayçı isə qeyri-rəsmi şəkildə dəstəkləyib.

Hazırda Hillari Klinton Demokratlar Partiyasının prezidenliyə ən real namizədi sayılır. O ən yaxın rəqibi Berni Sandersi bir neçə dəfə qabaqlayır.   ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında baş tutacaq.    

Vüqar İsmayılov     

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...