Modern.az

Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb

Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb

Təhsil

31 Avqust 2015, 11:06



Azərbaycan Milli Məclisinin deputatlarının məzuniyyəti başa çatıb. "Report" xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə əsasən, iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.

Milli Məclisin payız sessiyası işinə sentyabrın 30-da başlayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...