Modern.az

Bəzi avtobusların xəttə buraxılması 1 həftə gecikəcək - RƏSMİ

Bəzi avtobusların xəttə buraxılması 1 həftə gecikəcək - RƏSMİ

Təhsil

31 Avqust 2015, 21:42


“Baku Bus” MMC-dən “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-yə verilən məlumata görə, 1 saylı marşrut avtobusunun fəaliyyətə başlama vaxtı texniki səbəblərdən 1 həftə müddətinə uzadılır.

Bu haqda Modern.az saytına Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr mərkəzinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. 

O bildirib ki, 1 saylı marşrut avtobusu 1 sentyabr tarixindən yox, təqribi olaraq 6-7 gün sonra fəaliyyətə başlayacaq: “Bu səbəbdən hələlik digər (11, 8, 136, 184) marşrut xətlərində dəyişikliklər də 1 saylı marşrut avtobusu fəaliyyətə başladığı gündən tətbiq olunacaq.

Qeyd edək ki, bu müddətin uzadılması ləğv olunan 100 və 132 saylı marşrut avtobuslarına aid deyil.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı