Modern.az

Ermənistanda yüksək vəzifəli məmurun qohumu müxalifətçidir

Ermənistanda yüksək vəzifəli məmurun qohumu müxalifətçidir

Təhsil

24 Sentyabr 2015, 13:48


Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “müdafiə naziri”, indi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Movses Akopyanın bacısı oğlu çox radikal müxalifətçidir.

Modern.az bildirir ki, “Joqovurd” qəzetinin yazdığına görə, “Çəkməyəcəksiniz” təşəbbüs qrupunun üzvü Armen Qriqoryan Akopyanın bacısı oğludur, politoloq kimi təqdim edilir və müxalifət mövqeyindən çıxış edir.

KİV-lərdəki məlumata görə, Qriqoyan hətta yeni Konstitusiya layhəsinin əleyhdarlarının sırasındadır. Dayısı ilə fikir ayrılığından danışan Qriqoryan deyib: “Kim deyib ki, qohumlar eyni mövqedən çıxış etməlidirlər”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı