Modern.az

Dövlət İqtisad Universitetində yeni vəzifə yaradıldı

Dövlət İqtisad Universitetində yeni vəzifə yaradıldı

Təhsil

28 Sentyabr 2015, 13:48

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışan professorların təcrübəsindən tədris və təlim prosesində istifadə etmək, tədris və elmi proseslərdə varisliyi təmin etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, UNEC-də 15 ildən yuxarı professor ştatında qüsursuz çalışan və universitetin elmi-pedaqoji həyatında mühüm xidmətləri olan 70 yaşdan yuxarı əməkdaşlar öz razılığı ilə məsləhətçi-professor vəzifəsini tuta bilərlər. Məsləhətçi-professor akademik və inzibati vəzifələrdən azad olunacaq.

Məsləhətçi-professorlar kafedrada aparılan elmi-tədqiqat işlərinə məsləhət verə, doktorantlara və iddiaçılara elmi rəhbərlik edə, elmlər doktoru olmaq istəyən tədqiqatçıların məsləhətçisi ola bilər. O cümlədən, dərslik, dərs vəsaiti, proqram və digər tədris-metodik materialların hazırlanmasında yaxından iştirak edə, rəy verə bilər.

Məsləhətçi-professorlarla əmək müqaviləsi 5 il müddətinə bağlanılır və onun vəzifə maaşı, əlavə ödənişlər, digər güzəşt və imtiyazlar saxlanılmaqla professor-müəllim heyətinin əməkhaqqı fondunun hesabına ödənilir.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı