Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb. Rəsmi məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyərək, öldürüb.
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev tutulub.
Modern.az