
Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsi zərfinin Milli Məclisin komitələrində müzakirəsi başlanır.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirilib ki, oktyabrın 2-dən başlayaraq 2016-ci il üzrə büdcə zərfinin komitələrdə müzakirəsinə başlanılır. O, qeyd edib ki, büdcə zərfi ilk olaraq Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə olunacaq. Bundan sonra büdcə zərfi digər komitələrə də sıra ilə müzakirə üçün təqdim olunacaq.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisnin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.
Aytən ZƏHRA