Modern.az

Texniki Universitetdə beynəlxalq konfrans

Texniki Universitetdə beynəlxalq konfrans

Təhsil

28 Sentyabr 2015, 17:00


Təhsil Nazirliyinin iştirakı ilə Azərbaycan Texniki Universitetində 2013-cü ildən başlayan növbəti TEMPUS layihəsinin uğurla başa çatması ilə əlaqədar olaraq  beynəlxalq konfrans keçirilib.

Tədbir tərəfdaş təşkilatlar olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti, Almaniyanın Köln Texniki Universiteti, Avstriyanın Qraç Universiteti, Varşava Texnologiya Universiteti və Akkreditasiya Agentliyi ilə birgə təşkil olunub.

Konfransda çıxış edən Texniki Universitetin rektoru Havar Məmmədov ölkəmizin digər tərəfdaş ali məktəbləri ilə birgə 2001-ci ildən indiyədək 4 TEMPUS layihəsinin həyata keçirildiyini xatırladıb. Bu layihələrin yerinə yetirilməsində əsas məqsəd Azərbaycanda mühəndis hazırlığının Avropa təhsil sisteminə inteqrasiyası və tədris prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarət olub.  

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq imkanlarından danışıb. Nazir müavini bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkə təhsilinin dünya təhsil məkanına inteqrasiyasının gücləndirilməsi, təhsil standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi ilə yanaşı, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara cəlb olunması mühüm yer tutur.

Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri xanım Malena Mard, Almaniyanın ölkəmizdəki səfirinin müavini Şoinfeld, layihənin koordinatoru, Köln Texniki Universitetinin professoru Reza Talebi-Dəryani, Azərbaycanda “Erasmus+proqramlar” ofisinin rəhbəri Pərviz Bağırov konfransda çıxış edərək Azərbaycan ali məktəblərində TEMPUS layihəsi ilə bağlı görülmüş işlərin əhəmiyyətindən danışıblar.

Köln Texniki Universitetinin sabiq prezidenti Coasim Metsner Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədova TEMPUS layihəsinin həyata keçirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə təmsil etdiyi ali məktəbin Senatı tərəfindən təsis edilmiş qızıl xatirə medalını təqdim edib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı