Modern.az

Eks-deputat Əkrəm Abdullayev DANIŞDI: “Rəqiblərə uğurlar arzulayıram”

Eks-deputat Əkrəm Abdullayev DANIŞDI: “Rəqiblərə uğurlar arzulayıram”

Təhsil

28 Sentyabr 2015, 18:10



Milli Məclisin sabiq deputatı Əkrəm Abdullayev 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərə qatılmaq iddiasındadır. Bununla bağlı yayılan məlumatlarda onun 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürəcəyi bildirilir.
Modern.az saytı xəbəri dəqiləşdirmək üçün Əkrəm Abdullayevlə əlaqə saxlayıb. Xaricdə olan sabiq deputat məsələ ilə bağlı Modern.az-a yazılı məktub ünvanlayıb. O, məktubda qeyd edib ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri sırasındadır və bölgədə liderdir:

“Təbii ki, biz buna ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olmuşuq. Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Biz bu siyasətin əsgərləriyik, əmrə müntəzirik. Hansı zaman harda olacağımızı bu siyasət müəyyənləşdirir. Əminik ki, İlham Əliyev iradəsi, İlham Əliyev şəxsiyyəti Azərbaycanı daha da gücləndirəcək. Bu gün dünyada baş verən prosesləri hər birimiz izləyirik. Azərbaycandakı stabillik heç bir ölkədə yoxdur. Buna İlham Əlieyvin düşünülmüş, uğurlu siyasi xətti sayəsində nail olmuşuq”.

Sabiq deputat noyabrda keçiriləcək seçkilərədə iştırak edəcəyi ilə bağlı sualımıza belə cavab verib: “Azərbaycan hüquqi demokratik dövlətdir. Konstitusiyamız imkan verir ki, hər bir Azərbaycan vətəndaşı seçkilərdə iştirak etsin.

Noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayıram. Rəqiblərə dözüm, səbr diləyirəm. Qoy, məğlub namizədlər qaliblərin əlini sıxmağı bacarsınlar”.

Vüsalə Qəzənfərqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı