Modern.az

USAİD Azәrbaycana yeni missiya rәhbәrini təqdim edib

 USAİD Azәrbaycana yeni missiya rәhbәrini təqdim edib

Təhsil

28 Sentyabr 2015, 21:31

ABŞ-ın Azәrbaycandakı sәfirliyinin iqamәtgahında USAİD-in Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәri Mikayela Merediç ictimaiyyәtә tәqdim olunub. Modern.az xəbər verir ki, sәfir Robert Sekuta xanım Merediçin daha әvvәl Vaşinqtonda yüksәk rütbәli vәzifәlərdə çalışdığını,  8 il әrzindә USAİD-in strukturlarında çalışdığını bildirib: "M.Merediç burada ABŞ-ın uzunmüddәtli mәqsәdlәri üçün xidmәt edәcәk. Bunlar  həmçinin güclü, sabit, inkişaf edәn  Azәrbaycan naminә mәqsәdlәrdir".

Sәfir bildirib ki,  USAİD-in bu günədək Azәrbaycana 1,5 milyard ABŞ dolları həcmində yardım göstərib: "USAİD Azәrbaycan hökümәti ilә birlikdә "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasına dәstәyini göstәrir. Әldә  etdiyimiz nailiyyәtlәrdәn mәmnunuq". 

Daha sonra çıxış edәn USAİD-in Azәrbaycana yeni tәyin olunmuş missiya rәhbәri Mikayela Merediç Azәrbaycanda olduğu 1 ay müddәtindә tәrəqqinin vә inkişafın şahidi olduğunu bildirib.  Onun sözlәrinә görә, Azәrbaycan gәnc ölkә olduğu üçün uzunmüddәtli inkişaf üçün demokratik, iqtisadi, sosial islahatlar önәm kәsb edir: "Bunlar hökumәtin "Azәrbaycan 2020: Gәlәcәyә baxış" konsepsiyasında әrz olunan meyarlardır. Biz Azәrbaycanın  davamlı irәlilәyiş әldә etmәsini görmәkdәn mәmnunuq. Bu nailiyyәtlәri davam  etdirmәk önәmlidir vә USAİD Azәrbaycan hökumәti ilә işlәmәyi davam etdirməyə hazırdır". (APA) 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı