
Azərbaycanlı biznesmen Zülfüqar Əsədov onun həyatına sui-qəsdə cəhd edənlərin məhkəmə prosesi ərəfəsində - sentyabrın 26-da Volqoqradda qətlə yetirilib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, iş adamı cinayətkarlara hökm oxunmasından iki gün əvvəl öldürülüb.
Sentyabrın 28-də Volqoqrad şəhərinin Dzerjinski rayon məhkəməsində 2014-cü ildə iş adamına uğursuz sui-qəsd edənlərə hökm oxunub. Müttəhimlər kürsüsündə cinayətin sifarişçiləri olan Əliyev qardaşları, killer İ.Hacıyev və onun sürücüsü B.Şamilov oturublar. Onlara “ölümə sui-qəsd” və “qanunsuz silah saxlama” maddələri ilə ittiham elan edilib.
Məhkəmənin hökmü ilə qardaşlardan biri, bu qətlin sifarişçisi 14, o biri 13 il azadlıqdan məhrum edilib. Hər ikisi cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər. Cinayətin bilasitə icraçısı da ciddi rejimli həbsxanada 15 il cəza çəkməli olacaq. Killrein sürücüsü 12 azadlıqdan məhrum edilib.
Əsədovun öldürülməsi onun 2014-cü il iyunun 18-dəki sui-qəsd zamanı sağ qurtulması ilə iki su damcısı kimi oxşardır. İstintaqın məlumatına görə, o zaman zərərçəkən özünün “Toyota” avtomobili ilə evindən aralananda yolunu “Audi” ilə kəsərək atəş açıblar. Əsədov cavab atəşi açıb uğursuz killerlər qaçıb aradan çıxıblar.
“Toyota” sonradan yanmış vəziyyətdə tapılıb, şübhəlilər isə iyunun 6-da saxlanılıblar. Buna qədər Əsədovu 2013-cü ilin dekabr ayında da güllələyiblər. O zaman xəsarət almasına baxmayaraq, özü İstintaq Komitəsinin regional idarəsinə qədər gedib, sonra isə müstəntiqlər onu xəstəxanaya aparıblar.
2010-cu ilin aprel ayında sui-qəsdin qurbanı Zülfüqar Əsədovun atası olub. Naməlum şəxs Simonov küçəsindəki 20 saylı binanın zirzəmisindən binadan çıxan 55 yaşlı Mütəllim Əsədova bir neçə dəfə atəş açıb. TT markalı tapançadan açılan atəş zamanı biznesmen bir neçə yerindən yaralanıb. Köməyinə gələn mühafizəçi biznesmeni xəstəxanaya aparıb, killer isə zirzəminin eşitmə pəncərəsindən qaçmağa nail olub.
Modern.az