Modern.az

AXCP-nin qurultayına dəvət olunub, gəlməyənlər kimlərdir?..

AXCP-nin qurultayına dəvət olunub, gəlməyənlər kimlərdir?..

Təhsil

29 Sentyabr 2015, 11:08


Sentyabrın 27-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayı keçirilib. Həmin qurultayda müxalifətyönlü partiyaların iştirak etmədiyi bildirilib.

Məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az-a açıqlama verib. Fuad Qəhrəmanlı bildirib ki, dəvət olunan qonaqların siyahısı təşkilat komitəsində dəqiqləşdirilib və bu siyahı üzrə də dəvətlər göndərilib.  

Partiya funksioneri AXCP-nin qurultayında iştirak etməyən partiyalar barədə də danışıb. Onun sözlərinə görə, dəvət olunan qonaqların siyahısı dəqiqləşəndən sonra dəvətlər göndərilib:  

“Qurultayda iştirak etməyən partiyalara gəlincə isə, onu deyə bilərəm ki, AXCP kimlərə dəvətnamə göndərmişdisə, onlar da qurultayda iştirak ediblər”.  

Vüsalə Qəzənfərqızı    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...