Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Maarifçi Gənclər Təşkilatının 103.3 dalgasında, Araz FM radiosunda reallaşdırdıgı “Cənclərin ictimai davranış qaydalarının təbliğində rolu” layihəsini yekunlaşıb.
Modern.az-a təşkilatdan daxil olan məlumata görə, layihənin həyata keçirilməsində məqsəd ictimai davranış qaydalarının təbliği, gəncləri bu qaydalara əməl olunmasına təşviq etməkdir.
Yayımlanan radioproqramlarda ictimai davranış qaydalarına əməl olunmasına dair müxtəlif təkliflər səsləndirilib. Gənclərə yol qəzalarına səbəb olan düzgün yerdən keçməmələri, böyük mənfi fəsadlara yol açan ictimai yerlərdə özlərini aparmaq davranışları barədə geniş miqyaslı iş aparmagın vacibliyi vurgulanıb.
Proqramın ilk qonaqları Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Arabov və “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə ictimai davranış qaydalarına dair onları narahat edən maqamlara toxunublar.
Dinləyicilərin maraqla qarşıladıgı radioproqramda millət vəkili Aydin Mirzəzadə, BDU Psixologiya kafedrasının baş müəıllimi, psixologiya üzrə Fəlsəfə doktoru Kamilə Kazımova, Əməkdart artist, mügənni Nüşabə Ələsgərli, şairə, ictimai xadim Zəhra Bədəlbəyli, Azərbaycan Tuzim və Menecment Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elşən Bayramzadə, televiziya aparıcıları Aynur Talıbova, Mirsəməd Cəfərli və digər qonaqlar da öz fikirləri ilə bölüşüb, problemin həlli üçün təkliflər irəli sürüblər.
Müzakirələr zamanı ictimai davranış qaydalarının daşıyıcısı olan gənclər üçün bu məsələ ilə bağlı maarifləndirmə işlərini artırmaq gərək olduğu haqda fikirlər səslənib.
F.Əliyeva