Modern.az

PKK hədəfləri vuruldu

PKK hədəfləri vuruldu

Təhsil

1 Oktyabr 2015, 01:19


Hakkarinin Yüksekova ərazisinin İkiyaka bölgəsində əməliyyat aparan türk əsgərləri ilə PKK-lı terroristlər arasında döyüş olub.

Modern.az türk mətbuatına istinadən bildirir ki, döyüşdə hədəflər hərbi təyyarələr və helikopterlər tərəfindən vurulub. 

Yüksekova ilə Dağlıca bölgəsi arasında yerləşən və “Doski” adlandırılan ikiyaka bölgəsində əməliyyata başlayan əsgərlər axşam saatlarına doğru bir qrup PKK-lı terrorist ilə qarşılaşıblar. Bu hadisədən sonra onlar arasında  döyüş başlayıb. Bölgəyə pilotsuz hava təyyarələri göndərilib və hədəflər müəyyənləşdirilib. Axşam saatlarına kimi davam edən əməliyyat nəticəsində ərazidəki hədəflər vurulub. 

Modern.az

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı