Modern.az

Baş prokuror Azərbaycanda intiharların artdığını TƏSDİQLƏDİ

Baş prokuror Azərbaycanda intiharların artdığını TƏSDİQLƏDİ

Təhsil

1 Oktyabr 2015, 11:30

 

Təəssüflər olsun ki, bu gün Azərbaycanda intihar hadisələrində artma tendensiyası mövcuddur.

Trend xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov bildirib ki, baş verən hər bir intihar hadisəsi ilə bağlı rayon prokurorları dərhal hadisə yerinə çıxır, baxış keçirir, hər baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanılır.

Baş prokuror qeyd edib ki, bu, birbaşa həm qanunun tələbi, həm də onun göstərişi ilə edilir.

Z.Qaralov sözlərinə görə, istintaq çərçivəsində baş verən intihar hadisəsinin səbəbləri tam ciddiliyi ilə araşdırılır: “Baş verən intiharların müxtəlif səbəbləri var. Məlum olur ki, bəzi vətəndaşların psixi xəstəlikləri mövcuddur.

Lakin onlar xəstə kimi vaxtında qeydiyyata alınmırlar. Eyni zamanda, vətəndaşlar mövcud ailə problemləri ucbatından intihar edir. Yəni səbəblər çoxdur. Bunlar ümumiləşdirilir və onlarla bağlı müvafiq icra orqanlarına, qurumlara təkliflərimizi veririk”.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı