Modern.az

"Qazprom" Azərbaycana qaz nəqlinə başladı

"Qazprom" Azərbaycana qaz nəqlinə başladı

Təhsil

1 Oktyabr 2015, 22:48

Rusiya qazı sentyabrın 29-dan etibarən Azərbaycana nəql olunmağa başlayıb. Hazırda "Qazprom" Azərbaycana 6 mln. kubmetr həcmində qaz nəql edib.

Modern.az APA-ya istinadən bildirir ki, bu barədə "Qazprom"un mətbuat xidməti xəbər verib. Məlumatda qeyd olunub ki, Rusiya qazı Azərbaycana maye yanacağa yaranan tələbatı ödəməyə imkan verəcək. Xatırladaraq ki, tərəflər qaz nəqli ilə bağlı razılığı cari ilin sentyabrında əldə edib. Razılaşma 5 illik imzalanıb. Razılaşmaya əsasən, "Qazprom" il ərzində Azərbaycana 2 mlrd. qaz nəql edəcək. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı