Modern.az

Məzahir Pənahov beynəlxalq təşkilatlara SƏSLƏNDİ: “Öz işləridir”

Məzahir Pənahov beynəlxalq təşkilatlara SƏSLƏNDİ: “Öz işləridir”

Təhsil

2 Oktyabr 2015, 12:25


Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: Seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri mövzusunda seminar keçicirilib.

Modern.az saytı xəbər verir ki, çıxış edən MSK sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməkdən imtina etməsini şərh edib.  

O bəyan edib ki, beynəlxalq strukturların hamısı seçkini müşahidə etməyə dəvətlidirlər:  

“Onların hamısı dəvətlidir. Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Əsas odur ki, bu parlament seçkilərindən Azərbaycan xalqı razı qalsın. Buna görə isə kimlərinsə qərəzli münasibətinin üstündə dayanmağa dəyməz”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı