Modern.az

Azərbaycanın axtarışa verdiyi keçmiş zavod direktorunun oğlu Barselonada tutuldu

Azərbaycanın axtarışa verdiyi keçmiş zavod direktorunun oğlu Barselonada tutuldu

Təhsil

8 Oktyabr 2015, 17:45


İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub. “Report” xəbər verir ki, Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Məhəmməd oğlu Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.

Modern.az saytına məlum olub ki, Əkbər Vəliyev "Bakı fəhləsi" zavodunun keçmiş direktoru Məmməd Vəliyevin oğludur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...