Modern.az

Yerevanda keçmiş hərbçi intihar etdi

Yerevanda keçmiş hərbçi intihar etdi

Təhsil

8 Oktyabr 2015, 22:17



Oktyabrın 8-də günorta saatlarında Yerevanın İsakov prospektindəki binalardan birinin qarşısında 28 yaşlı kişinin meyiti tapılıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan şəxs həmin binada kirayədə yaşayıb və özünü öldürmək məqsədilə yerə atıb.

Qonşuların bildirdiyinə görə, intihar edən şəxs Ermənistan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı olub. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki açıqlanmır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!