Modern.az

İstilik tarifi artırılır? - AÇIQLAMA

İstilik tarifi artırılır? - AÇIQLAMA

Təhsil

13 Oktyabr 2015, 11:07

“Bugün istilik tariflərinin artırılması gündəmdə deyil”. Bu haqda Modern.az saytına açıqlama verən “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, hazırda payız-qış mövsümünə hazırlıq gedir:

“Noyabr ayının 15-dən etibarən payız-qış mövsümünə keçidlə əlaqədar istilik verilməsinə başlanacaq. Hazırda əhali, istehlak qrupu üçün 1 kvadratmetr yaşayış sahəsinə 15 qəpik isitmə haqqı nəzərdə tutulub.
Baxmayaraq ki, tarifimiz maya dəyərindən aşağıdır, qiymətlərin artırılması gündəmdə deyil. Bununla bağlı tərəfimizdən Tarif Şurasına müraciət edilməyib”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!