Modern.az

Olimpiya Stadionunda VAR Mərkəzin fəaliyyətini dayandırıldı - COP29-a görə....

Olimpiya Stadionunda VAR Mərkəzin fəaliyyətini dayandırıldı - COP29-a görə....

2 Avqust 2024, 09:15

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq.

 

AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

 

Qeyd edək ki, COP29 11-22 noyabr aralığında keçiriləcək.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər