Modern.az

Rza Deqati Fransa Senatına məruzəçi qismində qatıldı

Rza Deqati Fransa Senatına məruzəçi qismində qatıldı

Diaspor

9 İyun 2023, 15:20

Azərbaycanlı fotoqraf Fransa Senatında təşkil edilən tədbirə məruzəçi qismində qatılıb

 

Fransada yaşayan Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Parisdəki Amerika Ali Məktəbinin (American Graduate School) buraxılış mərasimində əsas məruzəçi qismində çıxış edib.

 

Fransa Senatında keçirilmiş tədbirə dəvəti Reza Deqati özü üçün böyük şərəf adlandırıb. Qeyd edib ki, bu xüsusi gün ərzində tələbələr və məzunlara çoxlu sayda təbriklər ünvanlanıb: “Məzunların hamısına həyat boyu əhəmiyyətli nailiyyətlər əldə etməyi arzulayıram”.   

 

Parisdəki Amerika Ali Məktəbi 1994-cü ildə yaradılıb. Beynəlxalq münasibətlər və diplomatiya, habelə münaqişələrin həlli, beynəlxalq hüquq və ətraf mühit məsələləri kimi sahələrdə ixtisaslaşmış qeyri-kommersiya ali təhsil müəssisəsidir.

 

Qeyd edək ki, Reza Deqati dünya azərbaycanlılarının tanınmış nümayəndələrindən biridir. Fotoqraf 30 ildən çoxdur Azərbaycan həqiqətlərini öz əsərləri ilə dünya ictimaiyyətinə çatdırır. Mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayının iştirakçısı olub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?