Modern.az

Tokioda yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib

Tokioda yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib

Diaspor

10 İyun 2024, 16:42

Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Proqram zamanı azərbaycanlı rəqqasələr Minarə Şükürova və Dilarə Qazıyevanın, yaponiyalı sənətçilər Yamomoto Kyokonun və Tayqanın, eləcə də “Otantik Bunka” və “Kelebek” qruplarının ifasında Azərbaycan mahnı və rəqsləri təqdim olunub.

 

Azərbaycanlı və yapon rəqqasələrin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı