Modern.az

III dozadan 4 ay sonra IV doza vurulacaq

III dozadan 4 ay sonra IV doza vurulacaq

27 Yanvar 2022, 10:36

İsrail Səhiyyə Nazirliyi ölkədə 18 yaşdan yuxarı və risk qrupunda olan şəxslərin koronavirusa qarşı dördüncü doza vaksinlə peyvənd olunmasına icazə verib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, aparılan müşahidələrlə dördüncü doza vaksin üçüncü doza ilə müqayisədə yoluxmadan iki dəfə, xəstəliyin ağır keçməsindən beş dəfə daha səmərəli qoruyur.

 

Yeni qərara əsasən, dördüncü doza vaksin üçüncü doza vurulandan dörd ay sonra vurulmalıdır.

 

Qeyd edək ki, İsraildə əhalinin üçüncü doza ilə peyvənd olunması ötən ilin iyulunda başlayıb.

 

Bugünədək ölkədə 6,6 milyondan çox şəxs birinci doza, 6 milyondan çox şəxs iki doza, 4,4 milyondan çox şəxs üçüncü doza, 611 min nəfər dördüncü doza ilə vaksinlənib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub