Modern.az

Fransa hərbçilərini Afrikadan çıxardı

Fransa hərbçilərini Afrikadan çıxardı

Dünya

15 Avqust 2022, 21:56

Fransa Afrikada keçirilən "Dun" əməliyyatında iştirak edən hərbçilərini Malidən çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

 

Açıqlamada qeyd olunub ki, Fransa terrorla mübarizəni dayandırmaq fikrində deyil.

 

Xatırladaq ki, bu ilin yanvarında Malidə çevirilişlə hakimiyyətə gələn hökumət Fransadan ordunu geri çəkməyi tələb edib. Fransa Prezidenti Emmanuel Makron qiyamçıların təhdidləri ilə əlaqədar qoşunların saxlanmasını və gücləndirilməsini istisna etməyib.

 

Fransa prezident administrasiyasından bildirilib ki, bu addım Malidə terrorla mübarizənin başa çatması demək deyil. Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) və region dövlətlərinin siyasi, mülki və hərbi səylərini dəstəkləyəcək.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok