Modern.az

Bu ölkədə qızılcadan 685 nəfər öldü

Bu ölkədə qızılcadan 685 nəfər öldü

Dünya

3 Sentyabr 2022, 19:25

Zimbabvedə qızılca epidemiyası indiyədək 685 nəfərin həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Ölkədə ümummilli peyvənd proqramı davam etsə də, qızılcadan ölənlərin sayı son iki həftədə 2 dəfə artıb. Ümumilikdə isə indiyədək Zimbabvedə 6034 nəfər qıcılacaya yoluxub. 

 

Zimbabvenin informasiya naziri Monika Mutsvanqva bildirib ki, əsasən altı aydan 15 yaşa qədər olan uşaqlar, xüsusən də peyvəndlərə inanmayan dini sektalardan olan uşaqlar xəstəliyə daha çox yoluxur.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?