Modern.az

Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı

Qazaxıstan səfiri Rusiya XİN-ə çağırıldı

4 Oktyabr 2022, 21:30

Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev Ukrayna səfiri Pyotr Vrublevskinin Astanaya qayıtması barədə xəbərlərin yayılmasından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.

 

“Çox təəssüf edirəm ki, Bandera emissarının Astanaya heç vaxt qayıtmayacağına dair vədlər yerinə yetirilməyib”, - Zaxarova bildirib.

 

Bundan əvvəl sosial şəbəkələrdə Pyotr Vrublevskinin Ukraynanın mümkün qədər çox rusu öldürməyə çalışdığını bildirdiyi video yayımlanıb. Qazaxıstan Xarici İşlər Nazirliyi səfiri çağırdıqdan sonra ona etiraz edilib. Bəzi KİV-lər Pyotr Vrublevskinin hakimiyyətin tələbi ilə respublikanı tərk etdiyini yazıblar. Lakin Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov səfirin məzuniyyətdə olduğunu açıqlayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub