Modern.az

Zaporojye raketlə vuruldu - Ölənlər var

Zaporojye raketlə vuruldu - Ölənlər var

7 Oktyabr 2022, 12:00

Oktyabrın 6-na keçən gecə Rusiya hərbçiləri Zaporojyedəki yaşayış binalarına raket hücumları təşkil edib. Hücumlardan sonra azı 15 nəfər itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Andrey Kurtev "Telegram" kanalında yazıb.

 

"Raket  hücumu zamanı 11 nəfər həyatını itirib.15 nəfər isə itkin düşüb. Dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - Kurtev yazıb.

 

Onun sözlərinə görə, raket hücumları nəticəsində dağılan evlərdə axtarış-xilasetmə işləri gecə saatlarında davam etdirilib. Bu gün səhər saat 5-ə olan məlumata görə, artıq 21 nəfər xilas edilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı