Modern.az

Rusiya Suriyanın şəhərini bombaladı - ÖLƏNLƏR VAR

Rusiya Suriyanın şəhərini bombaladı - ÖLƏNLƏR VAR

Dünya

6 Noyabr 2022, 20:43

Rusiya təyyarələri Suriyanın şimal-qərbində yerləşən İdlib şəhəri yaxınlığındakı düşərgələri bombalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bəşəd Əsəd rejiminə müxalif qüvvələrin yerləşdiyi şəhərə endirilən zərbələr nəticəsində 9 nəfərin öldüyü bildirilir.

 

Şahidlərin sözlərinə görə, hücum Suriya ordusuna məxsus artilleriyanın köməyi ilə həyata keçirilib.

 

Hadisə ilə bağlı Rusiya və Suriya ordusu tərəfindən hələlik heç bir açıqlama verilməyib.

 

Müxalifət təmsilçiləri bildiriblər ki, hücumlarda 70-dən çox adam yaralanıb. Yaralılar səhra xəstəxanalarına çatdırılıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok