Modern.az

Ermənistan KTMT-də qalacaq? - Kremldən açıqlama

Ermənistan KTMT-də qalacaq? - Kremldən açıqlama

23 Noyabr 2022, 23:31

Şübhəsiz ki, Ermənistan KTMT-də qalacaq.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KTMT-nin İrəvanda keçirilən sammitinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Ermənistan KTMT-də qalacaq.

 

Peskov xatırladıb ki, bugünkü danışıqlarda KTMT ölkələrinin liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər.

 

 "Bu mövzuya olduqca açıq və konstruktiv toxunulub. Hələ hər şey razılaşdırılmayıb, müəyyən nüanslar var", - deyə Kreml sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu