Modern.az

Bu ölkə ilk dəfə Ukraynaya hərbi yardım göndərəcək

Bu ölkə ilk dəfə Ukraynaya hərbi yardım göndərəcək

Dünya

9 Dekabr 2022, 18:53

Yaxın vaxtlarda Bolqarıstan Ukraynaya ilk dəfə hərbi yardım göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrə istinadən bildirib.

 

Ukraynaya göndərilməsi planlaşdırılan silahların siyahısı məxfiləşdirilib. Agentliyin mənbələrinin məlumatına görə, hərbi yardım paketinə yüngül silahlar və sursatlar daxil olacaq.

 

Noyabrın əvvəlində Ukrayna hakimiyyəti Bolqarıstandan Rusiya istehsalı olan S-300 zenit-raket komplekslərini istəyib. Ölkənin müdafiə naziri vəzifəsini icra edən Dimitar Stoyanov bildirib ki, Bolqarıstan Ukraynaya nə S-300 hava hücumundan müdafiə sistemlərini, nə də MiQ-19 və Su-25 qırıcılarını göndərə bilər. Onun sözlərinə görə, bu silahların tədarükü ölkənin müdafiə qabiliyyətinə pis təsir edəcək.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?