Modern.az

Balkan yarımadasında gərginlik - Toqquşma ehtimalı artır 

Balkan yarımadasında gərginlik - Toqquşma ehtimalı artır 

Dünya

11 Dekabr 2022, 20:30

Kosovo bu gün axşama qədər serblərdən ölkənin şimalındakı barrikadaları yığışdırmağı tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovonun baş naziri Albin Kurti Təhlükəsizlik Şurasının iclasından sonra danışıb.

 

O bildirib ki, şimaldakı magistrallarda və Metoxiyadakı barrikadalar axşama qədər yığışdırılmalıdır, əks təqdirdə polis müdaxilə edəcək. Kurti NATO-nun Kosovadakı missiyasını prosesə müdaxilə etməyə çağırıb.

 

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo baş nazirin açıqlamasından sonra təcili Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

 

Məlumat üçün bildirək ki, dekabrın 10-da yüzlərlə serb Kosovonun şimalında barrikadalar qurub. Onlar Serbiya istiqamətində iki əsas sərhəd-keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini kəsiblər. Yerli media sərhəd-keçid məntəqələri ərazisində partlayışlar və atışmaların olduğunu bildirib.

 

Dekabrın 18-də Kosovonun şimalında, əsasən serblərin məskunlaşdığı 4 şəhərin rəhbərliyinə seçkilər keçiriləcək. Serbiya hakimiyyəti və Kosovo serbləri seçkilərə qarşı çıxıblar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi