Modern.az

Şanxay əhalisinin 70%-i koronavirusa yoluxub

Şanxay əhalisinin 70%-i koronavirusa yoluxub

Dünya

3 Yanvar 2023, 21:42

Çinin ən böyük şəhəri olan Şanxayda əhalinin təxminən 70 faizinin COVID-19-a yoluxduğu güman edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Kommunist Partiyasının "People's Daily" qəzeti yerli həkimlərə istinadən məlumat yayıb.

 

Bildirilib ki, bu rəqəm 25 milyon əhalisi olan şəhərdə yaz aylarında qeydə alınan göstəricidən 20-30 dəfə çoxdur. 

 

Şəhərdə yerləşən Ruycin Xəstəxanasının təcili yardım şöbəsində gündə 1600-ə qədər xəstə olduğu, onların 80 faizinin COVID-19 ilə əlaqəli olduğu deyilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok