Modern.az

Narkobaronun oğluna qarşı əməliyyat - 29 nəfər öldürüldü

Narkobaronun oğluna qarşı əməliyyat - 29 nəfər öldürüldü

6 Yanvar 2023, 21:29

Meksikada məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirilən əməliyyat zamanı toqquşma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Cresensio Sandoval məlumat verib.

 

Bildirilir ki, əməliyyat zamanı ümumilikdə 29 nəfər ölüb. Onlardan 19-u qanun pozucusu, 10-u hərbçidir.

 

Silahlı toqquşma zamanı 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilib.

 

Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələrinə qarşı hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir