Modern.az

İsveç və Finlandiya yaya qədər NATO-ya üzv olmayacaq

İsveç və Finlandiya yaya qədər NATO-ya üzv olmayacaq

14 Yanvar 2023, 21:36

İsveç və Finlandiyanın iyun ayına qədər NATO-ya üzv ola bilməyəcəyi ehtimalı var. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 

“Onlar bizə deyirlər ki, yeni qanunlar tam olaraq qüvvəyə minəcək, iyun ayına qədər yekunlaşacaq, lakin onların daha tez edə biləcəkləri bəzi şeylər ola bilər”, - deyə Kalın İstanbulda xarici jurnalistlərə açıqlamasında söyləyib.

 

Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzv olmaları onların nə qədər sürətlə və ciddi addımlar atmasından asılıdır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var