Modern.az

Bakıdan cavab gözləyirik - Mirzoyan

Bakıdan cavab gözləyirik - Mirzoyan

18 Yanvar 2023, 17:36

Ermənistan XİN başçısı Ararat Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrdən danışıb. 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nazir bu barədə parlamentdəki çıxışı zamanı söz açıb.

 

Ararat Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakının cavabını gözləyir.

 

"Ermənistan sülh müqaviləsinin mətni üzərində işləməyə mane olmur", - deyə XİN başçısı əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir