Modern.az

Avropa İttifaqı Ukraynaya 50 milyard avro verib

Avropa İttifaqı Ukraynaya 50 milyard avro verib

Dünya

20 Yanvar 2023, 18:31

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya 10 milyard dollar hərbi yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın baş diplomatı Joseph Borrel məlumat verib.

 

O bildirib ki, Aİ-nin Ukraynaya verdiyi hərbi, iqtisadi, makro-maliyyə və humanitar yardımların ümumi məbləği 50 milyard avroya yaxınlaşır.

 

Qeyd edək ki, Avropa Komissiyası 2023-cü ildə Ukraynaya 18 milyard avro güzəştli kredit verəcək. Ukraynaya kreditin ödənilməsi üçün 2033-cü ildən başlayaraq 35 il vaxt veriləcək. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi